Xəbər verdiyimiz kimi, Şəkidə gənc qadın qətlə yetirilib. Hadisə bu gün səhər saatlarınada rayonun Cəyirli kəndində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəyirli kənd sakini, 34 yaşlı Zəhra Əliyeva hazırda boşanmaq ərəfəsində olan əri tərəfindən qətlə yetirilib.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə DƏHŞƏT: Qadın atasının evində əri tərəfindən qətlə yetirildi
Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs yəni qadının keçmiş əri onu yatan yerdə qətlə yetirib.
Ailənin iki azyaşlı övladı var.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə gətirilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində iş davam edir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu