"Bakı-Gəncə" sürət qatarı yola düşdü - FOTO

Hazırda oxunan: "Bakı-Gəncə" sürət qatarı yola düşdü - FOTO

253156
Bu gün saat 9-da Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib.

Moderator.az xəbər verir ki, sürət qatarının ilk yolçuları Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov və onun deputat həmkarları, eləcə də çoxsaylı jurnalistlər, ictimai xadimlər, sənətçilər və QHT nümayəndələridir.

Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov maşinist kabinəsinə girərək hər kəsi salamlayıb. O, bildirib ki, bu gün tarixi bir gündür. Millətimizə və məmləkətimizə xeyirli, uğurlu olsun.xa0

Cavid Qurbanov əmin olduğunu bildirib ki, cənab prezidentin uğurlu siyasəti nəticəsində bu cür sürət qatarları tezliklə işğaldan azad olunmuş rayonlarımıza da təşkil olunacaq.xa0

Xatırladaq ki, "Stadler" şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Onu da qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.

Əməkdaşımızın verdiyi məlumata görə, artıq geridə qalan 40 dəqiqədə sürət qatarı 120-135 km sürətlə Gəncəyə doğru irəliləyir. Səfər iştirakçıları həzin musiqi sədaları altında komfort şəraitdə bu tarixi günün məmnunluğunu yaşayır...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO