Paytaxtda iki nəfərdən 10 kiloqrama yaxın narkotik GÖTÜRÜLDÜ - VİDEO

Paytaxtda iki nəfərdən 10 kiloqrama yaxın narkotik GÖTÜRÜLDÜ - VİDEO

Hazırda oxunan: Paytaxtda iki nəfərdən 10 kiloqrama yaxın narkotik GÖTÜRÜLDÜ - VİDEO

253074

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə daxilində narkotiklərin yayılmasının qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Qaradağ və Nərimanov rayonlarında aparılan əməliyyat zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Orxan Kazımov və 31 yaşlı Sadıq Musayev saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkərandan paytaxta gətiriblər.

Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO