Vəkilliyə qəbul üzrə şifahi imtahanın nəticələri MƏLUM OLDU

Vəkilliyə qəbul üzrə şifahi imtahanın nəticələri MƏLUM OLDU

Hazırda oxunan: Vəkilliyə qəbul üzrə şifahi imtahanın nəticələri MƏLUM OLDU

253071

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə aprelin 22-si iyunun 3-ü tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələsi keçirilib.

Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şifahi müsahibə mərhələsində 105 vəkilliyə namizəd iştirak edib. Nəticələrə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 82 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi iyunun 11-i saat 10:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO