Yusif Baqiyevin həbs müddəti UZADILDI

Yusif Baqiyevin həbs müddəti UZADILDI

Hazırda oxunan: Yusif Baqiyevin həbs müddəti UZADILDI

253056

Qumar oyunları təşkil etmə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqada ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) həbsdə saxlanılma müddəti uzadılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, prokurorun təqdimatı əsasında belə qərar qəbul edilib.
 

MÖVZU İLI BAĞLI:

Yusif Baqiyev HƏBS EDİLDİ

Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı



Məhkəmə ağır cinayətlə bağlı əlavə sübutların toplanmasını zəruri hesab edib. Bu əsasla təqsirləndirilən şəxs daha 3 ay həbsdə qalacaq.

Baqiyev isə istintaq dövründə həbsdə qalmaq istəmir. Amma onun verdiyi şikayət apellyasiya instansiyasında rədd edilib.

İttihama görə, Yusif Baqiyev qanunsuz qumarxana şəbəkəsi quraraq bu yolla ümumilikdə 161 milyon manat məbləğində gəlir əldə edib. Hazırda onun barəsində Baş Prokurorluq tərəfindən aparılan ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, “qumar kralı” kimi tanınan Yusif Baqiyev Yasamalda yerləşən “Nuxa” restoranının da sahibi olub. Bir neçə ay əvvəl adıçəkilən restoran yanğın təhlükəsinə görə bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO