Spiker azərbaycanlı deputatın geri qaytarılmasını tələb etdi - VİDEO

Spiker azərbaycanlı deputatın geri qaytarılmasını tələb etdi - VİDEO

Hazırda oxunan: Spiker azərbaycanlı deputatın geri qaytarılmasını tələb etdi - VİDEO

253044

Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsi Dumasının spikeri Boris Xoxryakov Azərbaycan əsilli deputat Xalid Tağı-zadənin "təxirəsalınmadan geri qaytarılması" barədə göstəriş verib.

Xatırladaq ki, Tağı-zadə Sibir xanlığı haqqında tarixi faktları xatırlatdığı və Yuqra şəhərinin özbəklərin tarixi vətəni olduğunu bildirdiyi üçün bütün Rusiya səviyyəsində ciddi tənqid atəşinə tutulmuşdu.

Bizim.Media xəbər verir ki, 3 iyun tarixində Xantı-Mansi Duması məsələni müzakirəyə çıxarıb və Tağı-zadəni Sosial İnkişaf üzrə Daimi Komissiyanın sədri vəzifəsindən azad edib. Bununla belə, onun deputat mandatından məhrum edilməsi üçün hələlik qanuni əsaslar tapılmayıb.
 

Bəzi rus mənbələrinin məlumatına görə, Xalid Tağı-zadə Duma iclasından bir neçə saat əvvəl dairəni tərk edib və 3 iyuna keçən gecə Bakıya uçub.


Spiker Xoxryakov şəxsi “Telegram” kanalında bildirib ki, Tağı-zadə onunla iclasdan əvvəl əlaqə saxlayıb və "muxtar dairə hüdudlarından kənarda növbəti məzuniyyətdə olduğunu" deyib.

Spiker qeyd edib ki, Tağı-zadənin 3 iyuna qədər məzuniyyətdən qayıtması ilə bağlı sənədi özü imzalayıb, lakin bu tarix artıq keçib və deputat hələ də Xantı-Mansiyə qayıtmayıb.

Xoxryakov əlavə edib: "Biz onun Daimi Komissiyanın və Sosial İnkişaf Komitəsinin, habelə bu gün keçirilən 46-cı iclasın işində şəxsən iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri gördük. Lakin deputat Taqizadə nə Komissiyanın, nə Komitənin, nə də Dumadakı iclasın işində iştirak etməyi qərara almadı."

Spiker həmçinin ictimaiyyəti bu məsələ ətrafında gərginliyi azaltmağa çağırıb və bildirib ki, deputatlar məsələnin "ört-basdır edilməsini" istəmir. Onun sözlərinə görə, Tağı-zadənin açıqlamaları Rusiya və Yuqradakı ərazi bütövlüyünə və millətlərarası sülhə təhdid hesab olunur:

"Deputatların qəbul etdiyi qərarlar qanunvericilik çərçivəsində mümkün olan maksimum tədbirlərdir. Biz hamımız belə çıxışların və hərəkətlərin yolverilməzliyi fikrində birik."

Xalid Tağı-zadənin həmin çıxışını sizə təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO