Çeçenlərin oğurladığı erməni iş adamı azadlığa buraxıldı – HADİSƏNİN TƏFƏRRÜATI

Çeçenlərin oğurladığı erməni iş adamı azadlığa buraxıldı – HADİSƏNİN TƏFƏRRÜATI

Hazırda oxunan: Çeçenlərin oğurladığı erməni iş adamı azadlığa buraxıldı – HADİSƏNİN TƏFƏRRÜATI

253034

Rusiyada yaşayan erməni əsilli iş adamı Areq Şepixin 3 iyun axşamı Moskvada Yaroslavskiy vağzalında naməlum şəxslər tərəfindən zorla "Mercedes" markalı avtomobilin baqajına salınaraq aparılmışdı. Hadisə geniş rezonansa səbəb olmuşdu. İndi isə məlum olub ki, o artıq azadlıqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə ilk məlumatı Rusiyanın “Baza” və “112” teleqram kanalları yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Çeçenistan hakimiyyəti müsəlmanları təhqir edən erməninin qaçırılmadığını açıqladı – VİDEO


Məlumata əsasən, Çeçenistandakı hüquq-mühafizə strukturlarının nümayəndələri tərəfindən saxlanılan Şepixin gecə yarısı azadlığa buraxılıb.

“VÇK-OGPU” adlı digər teleqram kanalının iddiasına görə, o Moskvanın Vnukovo rayonu ərazisində sərbəst buraxılıb.

Həmin mənbənin bildirdiyinə əsasən, Şepixinin azadlığa buraxılması Kremldən və FTX-nin birinci müavini Sergey Korolyovdan gələn göstərişlə baş verib.

Bu məlumat hələlik rəsmi qurumlar tərəfindən nə təkzib, nə də təsdiq edilib.

“Baza”nın əlavə etdiyi məlumata görə, Şepixin qaçırıldıqdan sonra Moskvadakı “Filatov Luq” metro stansiyası yaxınlığında yerləşən bir kafedə saxlanılıb. Orada fiziki zorakılığa məruz qalıb və döyülüb. Həmçinin, çoxsaylı təhqiredici paylaşımlara, xüsusilə çeçenlərə və müsəlmanlara qarşı yazdığı ifadələrə görə üzr videosu çəkməyə məcbur edilib.

Hazırda Şepixinin Moskvadakı hostellərdən birində olduğu bildirilir.
 

Rusiya Daxili İşlər Nazirliyi (DİN) hələlik bu məsələyə dair rəsmi açıqlama verməyib.


Qeyd edək ki, bu hadisə Rusiyada etnik gərginliyin və internetdə yayılan nifrət ritorikasının təhlükəli həddə çatdığını bir daha nümayiş etdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO