Bakıda daha bir həkimin sosial şəbəkələrdə yayılmış görüntüləri tənqid olunub.
Bizim.Media “bakuplus.az”a istinadən xəbər verir ki, mammoloq-radioloq Günel Qəmbərova rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar həyata keçirib.
Həkimin steril əlcək taxarkən öskürməsi və işinə davam etməsi, o cümlədən pasiyentin sinəsinin açıq görüntülərini paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb, geniş müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Günel Qəmbərova Məlhəm Beynəlxalq Hospitalında fəaliyyət göstərir.
Xatırladaq ki, bir neçə ay öncə mama-ginekoloq Ləman Əliyeva cərrahi əməliyyat zamanı doğum gününü qeyd etmişdi. Onun bu addımı böyük rezonans doğurmuşdu.
Bizim.Media