2-ci Dünya Müharibəsindən sonra Kölndə ən böyük TƏXLİYƏ – 20 mindən çox insan... - FOTO

2-ci Dünya Müharibəsindən sonra Kölndə ən böyük TƏXLİYƏ – 20 mindən çox insan... - FOTO

Hazırda oxunan: 2-ci Dünya Müharibəsindən sonra Kölndə ən böyük TƏXLİYƏ – 20 mindən çox insan... - FOTO

253016

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən sonra ən böyük təxliyə tədbiri həyata keçirilib.

Bizim.Media “Bild” qəzetinə istinadən xəbər verir ki, şəhər rəhbərliyinin yaydığı məlumata əsasən, səhər saat 8:00-dan etibarən şəhərin qədim hissəsi (Altstadt) də daxil olmaqla, Reyn çayının hər iki sahilindəki geniş ərazilər boşaldılıb. Buna axtarış işləri zamanı partlamamış üç bombanın aşkarlanması səbəb olub.
 

Təxliyə tədbirləri 20 mindən çox sakini əhatə edir. Təhlükəsizlik tədbirləri çərçivəsində “RTL” televiziya kanalının binası, bir dəmir yolu stansiyası, 58 otel, 9 məktəb, bir klinika, bir neçə uşaq bağçası və iki qocalar evi boşaldılıb. RTL-nin “Punkt 7” adlı canlı efir proqramı yarımçıq dayandırılıb.


Kölnün bəzi əsas nəqliyyat bağlantıları – Reyn çayı üzərində üç körpü, dəmir yolu və tramvay xətləri də müvəqqəti olaraq bağlanıb. Sakinlər üçün iki təxliyə məntəqəsi açılıb və avtobuslarla daşınma həyata keçirilib. Şəhər rəhbərliyi bombaların zərərsizləşdirilməsinin gün ərzində başa çatacağını açıqlayıb.

Qeyd edək ki, partlamamış bombalar Kölnün Deutser Verft ərazisində illərlə torpaq altında qalıb. Burada yol tikintisinin aparılması işləri planlaşdırılır. Ərazi indiyə qədər müxtəlif tədbirlərə, o cümlədən yarmarkalara ev sahibliyi edib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO