Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

Hazırda oxunan: Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

252995

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.
 

Rəsmi məlumata görə, 2025-ci il ərzində 633 oğlan uşağına Uğur, 421 qız uşağına isə Zəhra adı qoyulub.


Oğlan adlarının siyahısı üzrə ikinci yerdə Hüseyn (421), üçüncü yerdə Əli (408), dördüncü yerdə Raul (408), beşinci yerdə Yusif (399), altıncı yerdə Ömər (296), yeddinci yerdə Miran (238), səkkizinci yerdə Ayxan (230), doqquzuncu yerdə Murad (225), onuncu yerdə isə Tunar (215) gəlir.

Qız adlarının siyahısında ikinci yerdə Zeynəb (392), üçüncü yerdə Melisa (387), dördüncü yerdə Məryəm (378), beşinci yerdə Ayla (366), altıncı yerdə Nilay (362), yeddinci yerdə Aylin (334), səkkizinci yerdə İnci (317), doqquzuncu yerdə Alisa (278), onuncu yerdə isə Miray (247) adları dayanır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO