Artıq iyun ayının dördüncü günüdür. Havaların da son günlərdə isti keçməsi dəniz, çimərlik məsələsini gündəmə gətirib. İsti yay günlərində sərinləmək üçün özünü Xəzərin qoynuna atanları dəniz mövsümünün nə zaman başlayacağı maraqlandırır.
Bəs mövsüm nə zaman start götürəcək və bu sahədə hazırlıqlar nə yerdədir?
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirlib ki, çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə start verilib.
Qeyd edilib ki, çimərlik mövsümü iyunun 15-də başlayacaq və yoxlamalar başa çatdıqdan sonra, nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 04.06.2025
Çimərliklərdə monitorinqlərə BAŞLANILDI – RƏSMİ
Hazırda oxunan: Çimərliklərdə monitorinqlərə BAŞLANILDI – RƏSMİ
Hazırda oxunan: Çimərliklərdə monitorinqlərə BAŞLANILDI – RƏSMİ
252989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.