“Azneft” dairəsində Azərbaycan bayrağına hörmətsizlik - FOTOLAR

“Azneft” dairəsində Azərbaycan bayrağına hörmətsizlik - FOTOLAR

Hazırda oxunan: “Azneft” dairəsində Azərbaycan bayrağına hörmətsizlik - FOTOLAR

25298

Bakıda 4-6 iyun arasında keçirilən “Formula 1” üzrə dünya çempionatının özü bitsə də ondan sonra görülən işlər hələ də öz həllini tapmayıb.

Bizim.Media xəbər verir ki, yarış üçün hazırlıqlar çərçivəsində “Azneft” dairəsində və Kukla Teatrının yanında avtomobil yoluna Azərbaycanın üçrəngli bayrağı təsvir olunub. 

Yarışların bitməsindən 2 həftəyə yaxın vaxtın keçməsinə baxmayaraq, asfaltda təsvir olunan Azərbaycan bayrağını özündə ehtiva edən üç rəngli zolaq hələ də yoldan yığışdırılmayıb. 

Şəhərimizin sakinləri isə bunu Azərbaycan bayrağına birbaşa hörmətsizlik kimi qəbul edirlər.

Çünki o yoldan hər gün minlərlə avtomobil Azərbaycan bayrağını tapdalayaraq şütüyür.
Formula bir trasındakı işlərə cavabdeh olan qurumlar və Bakı şəhər İcra Hakimiyyəti isə hələ də susmağa davam edirlər. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO