Axşam saatlarında şəhərin yorğun ritmi yavaşlayır, insanlar dincəlmək, günün yorğunluğunu çıxarmaq istəyirlər... Amma bəzən bu sakitliyi pozan gözlənilməz səslər olur: işləyən tozsoran, qaçan uşaq və ya döşəməni titrədən ayaq səsləri... Məhz bu cür hallar qonşular arasında narazılıqlara səbəb olur. Xüsusilə də gecə saatlarında səs-küyə məruz qalanlar üçün bu, ciddi bir problemə çevrilir...
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya vəkil Emil Aslanov münasibət bildirib.
Onun szölərinə görə, əgər problem qarşılıqlı ünsiyyət zamanı həll olunmur və davamlı hal alırsa, bu zaman şikayət əsasında məsələ qanunvericiliklə tənzimlənir.
Həmçinin yaşayış olan ərazilərə avtomobillə daxil olarkən yüksək desibeldə musiqiyə qulaq asmaq da olmaz.
Mütəxəssislər bildirirlər ki, qonşudan gələn uşaq səsi sözügedən hallara istisna sayıla bilər. Amma bu da valideynlərin məsuliyyətindən kənarda deyil. Çünki, qonşulara qarşı hörmət prinsipi, hər bir fərdin hüququ qədər vacibdir.
Daha ətraflı videomaterialda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:54 / 04.06.2025
Səs-küy salan qonşuları hansı cəza gözləyir? - VİDEO
Hazırda oxunan: Səs-küy salan qonşuları hansı cəza gözləyir? - VİDEO
Hazırda oxunan: Səs-küy salan qonşuları hansı cəza gözləyir? - VİDEO
252952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.