İstanbuldan Gəncə və Naxçıvana YENİ REYS açıldı - FOTO

İstanbuldan Gəncə və Naxçıvana YENİ REYS açıldı - FOTO

Hazırda oxunan: İstanbuldan Gəncə və Naxçıvana YENİ REYS açıldı - FOTO

252902

İyunun 3-dən AJET aviaşirkəti Naxçıvan və Gəncə beynəlxalq hava limanlarından İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına səyahətlər həyata keçirəcək.

Hava limanından Bizim.Media-ya bildirilib ki, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Yeni mərhələdə təqdim olunan bu reyslər dairəvi marşrut modeli əsasında təşkil olunub: sərnişinlər eyni uçuş nömrəsi ilə Sabiha Gökçen – Naxçıvan – Gəncə – Sabiha Gökçen marşrutu üzrə və ya əks istiqamətdə səyahət edə biləcəklər.

Bu model həm marşrutların optimallaşdırılması, həm də bir neçə şəhəri birləşdirən daha çevik və funksional uçuş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
 

Yeni reyslər Azərbaycanın regionlarının turizm və iqtisadi potensialının inkişaf etdirilməsinə, eləcə də sərnişinlər üçün sərfəli, rahat və fasiləsiz səyahət imkanlarının təmin olunmasına yönəlib.


Reyslər və biletlərlə bağlı daha ətraflı məlumatı AJET aviaşirkətinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür: www.ajet.com.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO