Sosial şəbəklərdə qurban ətindən kabab hazırlamağın günah olduğu barədə müzakirələr var. Bəziləri hesab edirlər ki, kababın iyi, qoxusu ətrafa çox yayıldığı üçün evində əti olmayan adamların nəfsi çəkə bilər. Bu baxımdan müqəddəs Qurban bayramında kabab çəkməyi günah hesab edirlər.
Bəs görəsən, Qurban ətindən kabab çəkmıək və yeməyin şəriətdə yeri nədir?
Bizim.Media xəbər verir ki, bu barədə lent.az-a açıqlama verən ilahiyyatı-din xadimi Hacı Surxay Məmmədli bildirib ki, qurban ətindən kabab hazırlamaq günah deyil:
“Qurban bayramı həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzidir. Bu bayramın mahiyyəti Allaha yaxınlaşmaqdır. Qurani-Kərimdə bir ayədə də bu barədə qeyd olunur: “Onlaıın nə əti, nə qanı Allaha çatmaz. Allaha çatan yalnız sizin səmimi qəlbdən etdiyiniz əməllərdir”.
Əgər bir insan qurban kəsir və onu ehtiyac sahiblərinə paylayırsa, bu, humanizm və yardımlaşmanın nümunəsidie. Qurban ətindən pay alan adam da bu ətdən kabab yaxud başqa bir qida hazırlayıb, yeyə bilər.
Şəriət baxımından qurban ətindən kabab hazırlamağın heç bir günahı və haram tərəfi yoxdur.
"Qurban tikələrindən istənilən yeməyi bişirmək olar. Yalnız o halda ət haram sayılır ki, o, şərab və digər spirtli içkilərlə birgə yeyilsin. Bu yolverilməzdir”, - deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:11 / 03.06.2025
Qurban ətindən kabab çəkmək olar? - İlahiyyatçıdan AÇIQLAMA
Hazırda oxunan: Qurban ətindən kabab çəkmək olar? - İlahiyyatçıdan AÇIQLAMA
Hazırda oxunan: Qurban ətindən kabab çəkmək olar? - İlahiyyatçıdan AÇIQLAMA
252887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.