Məhkumun ölümünə səbəb olan uçquna görə KİM CƏZALANACAQ?

Məhkumun ölümünə səbəb olan uçquna görə KİM CƏZALANACAQ?

Hazırda oxunan: Məhkumun ölümünə səbəb olan uçquna görə KİM CƏZALANACAQ?

252853

Mayın 1-i saat 13:10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı xəsarət alan məhbus ölüb.

Ədliyyə Nazirliyi məlumatına görə, məhkum Mustafayev Mövlam Muxtar oğlu aldığı xəsarətlərdən iyunun 2-də həyatını itirib.

Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bədbəxt hadisələrdən heç kim sığortalanmasa da, hadisə nəticəsində insan ölümü heç kimi məsuliyyətdən azad etmir.

Bəs bu cür hallarda kim məsuliyyət daşıyır və kim cəzalandırılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev bildirib ki, hadisə məsul şəxsin vəzifəsini layiqincə yerinə yetirmədiyi halda baş verdiyi aşkarlanarsa, həmin şəxs məsuliyyətə cəlb oluna bilər:
 

“Ümumiyyətlə, ölüm faktı olduğu halda ərazi üzrə həmin rayonun prokurorluğunda fakt üzrə cinayət işi başlanılır və araşdırma aparılır. Araşdırma nəticəsində bir çox məsələlər yoxlanılır, ekspertiza olunur. Yəni o uçmanın səbəbi nədən ibarət olub və onun qarşısını almaq kimin vəzifəsi olub. Ekspertizalar keçiriləndən, şəxslər müəyyən ediləndən sonra məsul olan şəxs varsa və bədbəxt hadisə həmin şəxs öz vəzifəsini layiqincə icra etmədiyi təqdirdə baş veribsə, o zaman onun məsuliyyətə cəlb olunma ehtimalı var”.


Qeyd edək ki, aldığı xəsarətlərdən həyatını itirən məhkum Mövlam Muxtar oğlu Mustafayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilib. O, 2020-ci ildə həbs edilib və qonşusunu öldürməkdə ittaham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlam Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO