Ev tikmək, yoxsa almaq DAHA SƏRFƏLİDİR?

Ev tikmək, yoxsa almaq DAHA SƏRFƏLİDİR?

Hazırda oxunan: Ev tikmək, yoxsa almaq DAHA SƏRFƏLİDİR?

252842

Mənzil sahibi olmaq istəyənlərin qarşısında duran əsas suallardan biri budur: hazır bina mənzili almaq, yoxsa fərdi ev tikmək? Hər iki seçim özünəməxsus üstünlüklərə və risklərə malikdir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında maraqlı məqamlara toxunub.

Ekspertə görə, fərdi ev tikmək ümumilikdə daha sərfəlidir, lakin bu, əsasən torpaq sahəsinin qiymətindən asılıdır:

“Təbii ki, ev tikmək daha sərfəlidir. Qlobal götürəndə daha ucuz başa gəlir. Əsas odur ki, torpağın alış qiyməti ucuz olsun. Yəni torpaq ucuz olsa, daha sərfəlidir”, - deyə ekspert bildirib.

Bununla belə, mənzil seçiminin yerləşmə mövqeyi də mühüm rol oynayır. Natiq Cəfərli bildirir ki, şəhərin kənarında yerləşən bina evləri qiymət baxımından daha əlverişlidir, lakin şəhərin mərkəzindəki mənzillər baha başa gəlir:

 “Bina evinin harda yerləşməsi də nəzərə alınmalıdır. Şəhərin kənarında daha ucuz olan bina evləri, mərkəzdə daha baha olur.”

Hazır mənzil alarkən əlavə xərclər, infrastrukturun vəziyyəti və yaşayış şəraiti kimi amillər də nəzərə alınmalıdır. Bütün bu faktorları müqayisə edən ekspert, imkan daxilində ev tikintisinə üstünlük verilməsini tövsiyə edib:

“Tövsiyə edərdim ki, ev tikməyə üstünlük versinlər”.

Mütəxəssislərin fikrincə, ev tikmək uzunmüddətli perspektivdə həm sərfəli, həm də daha az riskli bir addım ola bilər, xüsusilə də düzgün planlaşdırma və münasib torpaq sahəsinin seçimi ilə…

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO