Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib.
Bizim.Media xəbər verir ki, muğam sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram göstərilib. Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb.
Görüş zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.
Xalq artisti göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının nümayəndələrinə təşəkkür edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:31 / 03.06.2025
Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər – FOTO
Hazırda oxunan: Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər – FOTO
Hazırda oxunan: Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər – FOTO
252821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.