Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri də nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsinin düzgün saxlanılmamasıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.
“Daha çox Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində, Buzovna-Mərdəkan-Qala və digər yollarda belə hallara tez-tez rast gəlinir. Xüsusən də nəqliyyat sıxlığının olduğu vaxtlarda, texniki nasaz avtomobilin yolda qaldığı hallarda arxa istiqamətdən gələn bəzi sürücülər ara məsafəsini düzgün seçmədikləri üçün nəqliyyat vasitəsini vaxtında dayandıra bilmirlər və qəza qaçılmaz olur”, deyə məlumatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:15 / 03.06.2025
Bakıda piyada məsuliyyətsizliyi ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda piyada məsuliyyətsizliyi ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda piyada məsuliyyətsizliyi ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO
252818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.