İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu - FOTO

İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu - FOTO

Hazırda oxunan: İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu - FOTO

252812

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, -ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

İki uşaq anası əməliyyat üçün getdiyi klinikada həyatını itirdi


Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO