Büdcənin 0,5 faizi elmə, 12 faizə qədəri isə təhsilə yönəldilib. Büdcənin elmə yönəldilən vəsaiti ümumi daxili məhsulun 0,16 faizi, təhsilə yönəldilən vəsait isə ümumi daxili məhsulun 3,5 faizini təşkil edir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkəmizin elm və təhsilə ayırdığı vəsait digər ölkələrlə müqayisədə azdır:
“Biz elmə yönəldilən vəsait az olduğuna görə, dünyanın 126 ölkəsi arasında 121-ci yer tuturuq, təhsilə ödənilən vəsaitə görə dünyanın 100 ölkəsi arasında 97 yer tuturuq. Bu faizlərin artırlması istiqamətində tədbirlər görməliyik.
10 il öncə təhsil işçilərinin əmək haqlarının yuxarı olması hədəfi qoyulmuşdu. Lakin o hədəfə çatılmayıb. Onların əmək haqları orta aylıq əmək haqqından yuxarı olmalıdır”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:17 / 03.06.2025
Deputatdan müəllimlərin maaşı ilə bağlı TƏKLİF
Hazırda oxunan: Deputatdan müəllimlərin maaşı ilə bağlı TƏKLİF
Hazırda oxunan: Deputatdan müəllimlərin maaşı ilə bağlı TƏKLİF
252806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.