“Hesabatın təhlili göstərir ki, gəlirlər proqnoz rəqəmlərindən artıq icra edilmişdir. Belə ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilmişdir. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur” – deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:57 / 03.06.2025
Vergi və gömrük xətti ilə büdcəyə daxil olan vəsaitlərdə KƏSKİN ARTIM
Hazırda oxunan: Vergi və gömrük xətti ilə büdcəyə daxil olan vəsaitlərdə KƏSKİN ARTIM
Hazırda oxunan: Vergi və gömrük xətti ilə büdcəyə daxil olan vəsaitlərdə KƏSKİN ARTIM
252780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.