“Sovetski”nin bu hissəsi də sökülür - Sakinlər verilən puldan narazıdır – VİDEO

“Sovetski”nin bu hissəsi də sökülür - Sakinlər verilən puldan narazıdır – VİDEO

Hazırda oxunan: “Sovetski”nin bu hissəsi də sökülür - Sakinlər verilən puldan narazıdır – VİDEO

252774

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir.

Bizim.Media İTV-yə istinadən xəbər verir ki, “Sovetski” adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır.

Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: “İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur”.

68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: “Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır”.

Söküntü işləri ilə bağlı yaradılan komissiyadan isə bildirilib ki, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 206 ailə ilə razılaşma əldə olunub.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO