Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. Biletlər bu gün ərzində artıq satışa çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.
Qeyd edək ki, AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 03.06.2025
AZAL Təbrizə reys açır və Tehrana uçuşların sayını ARTIRIR
Hazırda oxunan: AZAL Təbrizə reys açır və Tehrana uçuşların sayını ARTIRIR
Hazırda oxunan: AZAL Təbrizə reys açır və Tehrana uçuşların sayını ARTIRIR
252768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.