Gəncədə qohumlar arasında baş verən kütləvi dava qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Ailə münaqişəsi zəminində qudalar arasında baş verən hadisə zamanı Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Əli Alişanov bıçaq xəsarəti alıb.
Onun həyat yoldaşı Aynur Alişanova və 2005-ci il təvəllüdlü oğlu Alim Alişanov isə balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdiriliblər.
45 yaşlı Əli Alişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib.
Dava zamanı qarşı tərəfdən isə 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu, 1999-cu il təvəllüdlü Elşən Sadıqov xəsarət alıb. Onların bədən nahiyyələrində kəsici deşici yaralar olduğu bildirilir.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu