İsraildə ilk süni ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Qüdsün Hadassah Ein Kerem xəstəxanasında tarixi əməliyyat baş tutub və 63 yaşlı xəstənin həyatı xilas edilib.
Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, yeddi saat davam edən əməliyyat bu həftə baş kardioloq və Hadassah Ürək İnstitutunun direktoru professor Ofer Əmirin rəhbərlik etdiyi kardiocərrahlar qrupu tərəfindən həyata keçirilib. Prosedur zamanı xəstənin ürəyi tamamilə çıxarılıb və yerinə süni orqan qoyulub.
İmplantasiya edilmiş ürək heyvan toxuması ilə birləşdirilən titandan hazırlanıb və qabaqcıl sensorlarla təchiz edilib. Bu yüksək texnologiyalı cihaz ənənəvi transplantasiyanın qeyri-mümkün olduğu hallarda orqanizmə həyati funksiyalarını saxlamağa imkan verir.
Əməliyyat olduqca nadir tibbi nailiyyət ihesab edilir.
Süni ürəyin qiyməti 1,6 milyon şekeldir (təxminən 455 min dollar), xəstənin xərclərini Clalit Health Services Fondu ödəyib.
Əməliyyatın uğurla başa çatması İsraildə ürək cərrahiyyəsinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir və ağır ürək xəstəlikləri olan xəstələr üçün yeni imkanlar açır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:22 / 02.06.2025
Tibbdə İLK: İnsana süni ürək qoyuldu - VİDEO
Hazırda oxunan: Tibbdə İLK: İnsana süni ürək qoyuldu - VİDEO
Hazırda oxunan: Tibbdə İLK: İnsana süni ürək qoyuldu - VİDEO
252710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.