Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, mənzil 20 ünvanında fiziki şəxs İbrahim Ağaisa oğlu Nəbiyevə məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:21 / 02.06.2025
Bakıda daha bir kafedə nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Bakıda daha bir kafedə nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Bakıda daha bir kafedə nöqsanlar AŞKARLANDI - FOTO
252677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.