Bakı sakinlərinə ŞAD XƏBƏR

Bakı sakinlərinə ŞAD XƏBƏR

Hazırda oxunan: Bakı sakinlərinə ŞAD XƏBƏR

252653

Bakıda ilk tramvay xətti 1889-cu ildə fəaliyyətə başlayıb və 2004-cü ilə qədər şəhər sakinlərinə xidmət göstərib. Lakin artan avtomobil sıxlığı və infrastrukturun köhnəlməsi səbəbindən tramvay sistemi ləğv edilib. 

Bəs görəsən, şəhərin nəqliyyat strategiyasında tramvayların yenidən tətbiqi nəzərdə tutulurmu?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “konkret.az”a açıqlamasında bildirib ki, Bakıda tramvayların yenidən istifadəyə verilməsi nəzərdə tutulur.

“Bu, 2025–2030-cu illəri əhatə edən “Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturu üzrə Dövlət Proqramı”nda da əksini tapıb. Hazırda tramvayların hansı üslubda və texnologiyada olacağı ilə bağlı layihələndirmə mərhələsi aparılır”.
 

Ekspert qeyd edir ki, tramvay xətlərindən biri Mehdiabad və Binəqədi ərazilərindən keçərək paytaxtın mərkəzinə, “28 May” metrosu ətrafına qədər uzanacaq. Ümumilikdə iki marşrutun yaradılması nəzərdə tutulur.


“Zaman keçdikcə nəqliyyat texnologiyaları da dəyişir. Müasir dövrdə müxtəlif növ tramvay sistemləri mövcuddur: relsli, relssiz, sensorlu və digər innovativ modellər var. Bakı şəhərinin infrastrukturuna və tələbatına uyğun olan ən optimal versiya seçilərək layihələndiriləcək. Daha sonra isə bu layihənin icrası və tramvayların təşkili ilə bağlı konkret işlərə başlanacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO