Ağcaqanadları daha çox cəlb edən qan qrupu

Ağcaqanadları daha çox cəlb edən qan qrupu

Hazırda oxunan: Ağcaqanadları daha çox cəlb edən qan qrupu

252634

Ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının səbəbi elm üçün hələ də tam aydın olmasa da, bu sahədə aparılan araşdırmalar müəyyən meyilləri üzə çıxarıb. Məlum olub ki, birinci qan qrupuna sahib şəxslər ağcaqanadların hücumuna daha çox məruz qalırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "Gemotest" laboratoriyasının eksperti Aleksandra Filyova bildirib.

Onun sözlərinə görə, ikinci qan qrupuna malik olanlar daha az risk altındadır, üçüncü və dördüncü qan qruplarının sahibləri isə bu cür hallarla demək olar ki, rastlaşmırlar.

Ekspert qeyd edib ki, ağcaqanadlar yalnız qan qrupuna deyil, həm də nəfəs zamanı ifraz olunan karbon qazının miqdarına həssasdırlar. Bu baxımdan, fiziki cəhətdən aktiv insanlar, hamilə qadınlar və artıq çəkili şəxslər daha çox təhlükə altındadır.
 

Mütəxəssis bəzi xəstəliklər zamanı orqanizmdə yaranan qoxuların da ağcaqanadların diqqətini çəkə biləcəyini bildirib.


"Məsələn, qaraciyər və böyrək problemləri zamanı meydana çıxan ammiak, eləcə də şəkərli diabet xəstələrində yaranan aseton qoxusu bu cür hallara səbəb ola bilər. Bundan əlavə, bədən temperaturu yüksək olan şəxslər ağcaqanadların əsas hədəfinə çevrilir. Sancmalar, adətən, boyun, qulaqların arxası və qoltuq kimi daha isti nahiyələrdə müşahidə olunur", - deyə Filyova izah edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO