İctimai məkanlarda saxta QR-larla vətəndaşlar aldadılır - XƏBƏRDARLIQ

İctimai məkanlarda saxta QR-larla vətəndaşlar aldadılır - XƏBƏRDARLIQ

Hazırda oxunan: İctimai məkanlarda saxta QR-larla vətəndaşlar aldadılır - XƏBƏRDARLIQ

252574

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb.

Bizim.Media bu barədə ETX-ə istinadən xəbər verir.

Bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə “SCAN ME” şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir.

Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta “Telegram” kanallarına yönləndirilir və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.
 

Vətəndaşlardan əsasən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.


Xidmət vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-lara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO