Ağstafada ağır qəza: 3 qadın xəsarət aldı

Ağstafada ağır qəza: 3 qadın xəsarət aldı

Hazırda oxunan: Ağstafada ağır qəza: 3 qadın xəsarət aldı

252559

Ağstafada yol-nəqliyyat hadisəsi xəsarətlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Poylu kəndi ərazisində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. 
 

Qəza zamanı sərnişinlər, 1964-cü il təvəllüdlü A. Hacıalıyeva, 1979-cu il təvəllüdlü G. İsayeva və 1970-ci il təvəllüdlü N. Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO