Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Lerik rayonunun Piran-Veri yolunda qeydə alınıb.
Veri kənd sakini, 1998-ci il təvəllüdlü Möhlət Səxavət oğlu Şahverdizadə idarə etdiyi "Niva Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən sükanı itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya zəruri ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu