Ağstafada 45 illik örüş sahələrindən istifadə QADAĞAN edildi – Kəndlilər çıxılmaz VƏZİYYƏTDƏ

Ağstafada 45 illik örüş sahələrindən istifadə QADAĞAN edildi – Kəndlilər çıxılmaz VƏZİYYƏTDƏ

Hazırda oxunan: Ağstafada 45 illik örüş sahələrindən istifadə QADAĞAN edildi – Kəndlilər çıxılmaz VƏZİYYƏTDƏ

252543

Ağstafa rayonunda heyvandarlıqla məşğul olanlar problemlə üzləşiblər. Belə ki, rayonun Sadıqlı, Muğanlı, Poylu, Soyuqbulaq, Köçvəlli, Qarayazı və digər ətraf ərazilərdəki kəndlərin sakinləri örüş yerlərinin əllərindən alınmasından narahatdırlar.

Sakinlər saytımıza müraciət edərək 1978-ci ildən örüş yeri kimi istifadə etdikləri meşə ərazisinin onların istifadəsindən alındığını bildirirlər. Onlar adıçəkilən kəndlərdə mal-qaranı otarmaq üçün əlavə örüş yerlərinin olmadığını qeyd ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda heyvanların sayındakı azalmanın səbəbi BƏLLİ OLDU – AÇIQLAMA


Sakinlərin sözlərinə görə, onlara verilən (50-70 sot) pay torpağındakı ot heyvanlarını yemləməyə bəs etmir. Bu durum da kənd camaatına heyvandarlıqla məşğul olmağa imkan vermir.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qarayazı Dövlət Təbiət Qoruğu ilə həmsərhəd kəndlərin sakinləri tərəfindən örüş yeri kimi istifadəsinə razılıq verilməsi xahiş olunan sahələr Qoruğun ərazisinə aiddir.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının 24 sentyabr 2000-ci il tarixli 840-İQ nömrəli Qanununa və Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsinin tələblərinə əsasən dövlət təbiət qoruqlarının, o cümlədən Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisinə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və torpaqlarından, habelə hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır” – deyə qurumun məlumatında qeyd edilib.

Qurumdan o da vurğulanıb ki, qeyd olunan kəndlərdə örüş yerlərinin kifayət qədər olmadığı nəzərə alınaraq, qanunvericiliyə uyğun formada məsələnin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO