Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək - ÜNVAN

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək - ÜNVAN

Hazırda oxunan: Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək - ÜNVAN

25250

Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.

19-20 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi“Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək. 

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq yarmarkaların əsas məqsədi vətəndaşlar üçün təbii və sağlam kənd məhsullarını əlçatanetmək, həmçinin yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq.

Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə  piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar.

Yarmarkaya alış-verişə gələcək vətəndaşların seçiciliklə temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin, yarmarka ərazisində təşkilatçı qurum tərəfindən mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının
yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO