1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festivalda şəhid ailələrindən olan və fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqət və qayğı göstərilib.
Bu barədə Bizim.Media xəbər verir ki, tədbirdə həmin uşaqlar səhnəyə çıxaraq vətənpərvərlik ruhunda şeirlər səsləndirib, ürək sözlərini bölüşüblər.
Onların çıxışları festival iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:20 / 01.06.2025
Bu uşaqlara xüsusi diqqət göstərildi - FOTO
Hazırda oxunan: Bu uşaqlara xüsusi diqqət göstərildi - FOTO
Hazırda oxunan: Bu uşaqlara xüsusi diqqət göstərildi - FOTO
252485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.