Balakəndə ağır qəza: 2 qadın yaralandı

Balakəndə ağır qəza: 2 qadın yaralandı

Hazırda oxunan: Balakəndə ağır qəza: 2 qadın yaralandı

252476

Balakən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol nəqliyyat hadisəsi Balakən şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Üzeyir Bayramovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Opel” ilə toqquşub.

Nəticədə “Jiquli”də olan sərnişin, rayonun Tülü kənd sakini 1957-ci il təvəllüdlü Havva Bayramova, eləcə də “Opel”in sərnişini 1993-cü il təvəllüdlü Fatimə Axverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO