1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən I Türk Dünyası Uşaq Festivalı çərçivəsində mükafatlandırılma mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, TÜRKSOY-un təşkil etdiyi mərasimdə mükafatları festivalın layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza təqdim edib.
Təltif olunanlar arasında tanınmış türkoloq-alim Aytən Qurbanova, günün aparıcısı Tunay Salamzadə və “Xarıbülbül” rəqs qrupunun bədii rəhbəri Amil Əhmədov yer alıblar.
Mükafatlandırma mərasimindən sonra məktəblilər tərəfindən müxtəlif musiqi və bədii ifalar səsləndirilib. Tədbir iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
Qeyd edək ki, I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, “Mədəniyyət” kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 01.06.2025
Uşaqların Beynəlxalq Müdafiəsi Günü festivalında mükafat verildi - FOTO
Hazırda oxunan: Uşaqların Beynəlxalq Müdafiəsi Günü festivalında mükafat verildi - FOTO
Hazırda oxunan: Uşaqların Beynəlxalq Müdafiəsi Günü festivalında mükafat verildi - FOTO
252457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.