2025-ci il iyunun 4-dən etibarən Rusiyada bağ evlərinin hasarları ilə bağlı yeni qaydalar qüvvəyə minir.
Bizim.Media xəbər verir ki, yenilənmiş normalar hasarların hündürlüyünə, dizaynına və yerləşməsinə ciddi məhdudiyyətlər qoyur.
Əsas yeniliklərdən biri bitişik sahələr arasındakı hasarların şəffaf olması tələbidir. Bu o deməkdir ki, hasarlar tor, şəbəkə və ya seyrək taxta piketlərdən hazırlanmalı, hündürlüyü isə 1,8 metrdən artıq olmamalıdır. Sıx, qala divarlarını xatırladan hasarlar isə qadağan olunur.
Əgər hasar qonşunun ərazisinə müdaxilə edirsə və ya işıq düşməsinə mane olursa, onun sahibinin hesabına sökülməsi tələb edilə bilər. Qaydalara əməl etmək üçün mülk sahiblərinə kadastr xəritəsinə baxmaq və ərazilərinin sərhədlərini dəqiq müəyyənləşdirmək tövsiyə olunur.
Əks halda, mübahisələr və cərimələrlə üzləşmək riski artır. (news24.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 01.06.2025
İyunun 4-dən bağ evlərində hasarların quraşdırılması qadağan OLUNACAQ
Hazırda oxunan: İyunun 4-dən bağ evlərində hasarların quraşdırılması qadağan OLUNACAQ
Hazırda oxunan: İyunun 4-dən bağ evlərində hasarların quraşdırılması qadağan OLUNACAQ
252452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.