Laçın şəhərində uşaqlar belə sevindi - FOTO

Laçın şəhərində uşaqlar belə sevindi - FOTO

Hazırda oxunan: Laçın şəhərində uşaqlar belə sevindi - FOTO

252446

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və “Bakı Abadlıq” Xidməti MMC-nin birgə təşkilatçılığı ilə Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Laçın şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunmuş uşaqlar iştirak ediblər.

“HOP-HOP” Kukla Teatrının aktyorları uşaqları bayram münasibətilə təbrik edib, onların sevincinə şərik olublar. Teatr tərəfindən səhnələşdirilən “Qırmızı papaq və canavar Conik” tamaşası balacalar üçün əyləncəli anlarla yadda qalıb. Bayram proqramında Nuran Əsədli, Çiçək Ayvazova və Dəniz Aydəmirovanın ifasında rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir uşaqların gülüşü və xoş əhvali-ruhiyyəsi ilə yekunlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO