Bakıda I Türk Dünyası Uşaq Festivalı keçirilir - FOTO

Bakıda I Türk Dünyası Uşaq Festivalı keçirilir - FOTO

Hazırda oxunan: Bakıda I Türk Dünyası Uşaq Festivalı keçirilir - FOTO

252443

Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilk dəfə olaraq I Türk Dünyası Uşaq Festivalı keçirilir.

Bizim.Media xəbər verir ki, saat 11:00-dan etibarən başlayan festival 6 nömrəli məktəbin şagirdlərinin hazırladığı tamaşa ilə açılıb. Ardınca isə müxtəlif panel müzakirələrlə davam edən tədbirdə tanınmış uşaq yazarları Qəşəm İsabəyli və Rafiq Yusifoğlu "Klassik uşaq ədəbiyyatına müasir baxış" mövzusunda çıxış ediblər.

Hazırda festival çərçivəsində məktəblilər şeir nümunələri səsləndirir, musiqili və bədii kompozisiyalarla çıxış edirlər.

I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilir.











Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO