DƏHŞƏT: Bu tarixdə fəlakət olacaq

DƏHŞƏT: Bu tarixdə fəlakət olacaq

Hazırda oxunan: DƏHŞƏT: Bu tarixdə fəlakət olacaq

252438

Beynəlxalq tədqiqatçılar qrupu xəbərdarlıq edir ki, qlobal istiləşmə bu templə davam edərsə, 2100-cü ilə qədər Yer kürəsinin buzlaqlarının 75%-i yox olacaq. Bu, dəniz səviyyəsinin ən azı 23 sm yüksəlməsinə və fəlakətli ekoloji nəticələrə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, tədqiqat Science jurnalında dərc olunub.

Xüsusilə Alyaska risk altındadır – burada buzlaqların 69%-i əriyə bilər. Hətta ən yaxşı ssenaridə belə bölgə buz ehtiyatının 41%-ni itirəcək.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi dayansa belə, buzlaqlar hələ yüz illərlə əriməyə davam edəcək. Bu səbəbdən, yaxın onillikdə görüləcək tədbirlər həlledici rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO