Forbes jurnalının versiyasına görə "Real" dünyanın ən dəyərli klubu elan edilib.
Bizim.Media xəbər verir ki, qiymətləndirmələr klubun dəyərini (özəl kapital və xalis borc daxil olmaqla) əks etdirir və hər liqanın və klubun tarixi sövdələşmələri və gələcək iqtisadi göstəriciləri əsasında hesablanıb.
Klubun təxmini dəyəri hər komandanın stadionunun iqtisadi təsirlərini nəzərə alır, lakin stadionun daşınmaz əmlak kimi dəyərini əhatə etmir. Digər idman aktivlərindəki paylar və daşınmaz əmlak layihələrindəki iştirak da qiymətə daxil edilməyib.
Ən bahalı 10 klub belədir:
1. "Real"(Madrid) – 6,75 milyard dollar (+2% il ərzində);
2. "Mançester Yunayted" – 6,6 milyard dollar (+1%);
3. "Barselona" – 5,65 milyard dollar (+1%);
4. "Liverpul" – 5,4 milyard dollar (+1%);
5. "Mançester Siti" – 5,3 milyard dollar (+4%);
6. "Bavariya" – 5,1 milyard dollar (+2%);
7. PSJ – 4,6 milyard dollar (+5%);
8. "Arsenal" – 3,4 milyard dollar (+31%);
9. "Tottenhem" – 3,3 milyard dollar (+3%);
10. "Çelsi" – 3,25 milyard dollar (+4%).
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:27 / 01.06.2025
Dünyanın ən dəyərli futbol klubları - SİYAHI
Hazırda oxunan: Dünyanın ən dəyərli futbol klubları - SİYAHI
Hazırda oxunan: Dünyanın ən dəyərli futbol klubları - SİYAHI
252418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.