Ucarda yanğından sonra 8 kənd işıqsız qaldı - FOTO-VİDEO

Ucarda yanğından sonra 8 kənd işıqsız qaldı - FOTO-VİDEO

Hazırda oxunan: Ucarda yanğından sonra 8 kənd işıqsız qaldı - FOTO-VİDEO

252403

Xəbər verdiyimiz kimi, Ucarda elektrik yarımstansiyasında güclü yanğın olub. Nəticədə 8 kənd (Ucarın Müsüslü,Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, Göyçayın Alpout və Bəydövül kəndləri) işıqsız qalıb.

Bizim Media-nın Aran  bürosu xəbər verir ki, hadisə rayonun Müsüslü qəsəbəsində yerləşən elektrik yarımstansiyasında qeydə alınıb.

Belə ki, səhər saat 07-40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfildən yanğın başlayıb.

Qısa zamanda yanğın genişlənib və nəticədə 6 kəndə elektrik enerjisi verən transfarmator yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-in Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Hadisəyə səbəb transfarmatorun həddindən artıq yüklənməsi göstərilir. Hazırda fakt araşdırılır.

Xatırladaq ki, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada baş verib.

 


Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO