Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını MÜZAKİRƏ ETDİLƏR

Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını MÜZAKİRƏ ETDİLƏR

Hazırda oxunan: Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını MÜZAKİRƏ ETDİLƏR

252356

Bu gün nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının gündəliyində müxtəlif ölçülər üzrə yer alan ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunaraq, gələcək təmaslar, o cümlədən Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO