İyunun 1-dən “WhatsApp” məşhur “iPhone” modelləri və Android cihazları da daxil olmaqla bir sıra köhnə smartfonlara dəstəyi dayandıracaq.
Bizim.Media xəbər verir ki, iyunun 1-dən etibarən “WhatsApp” iOS 15.1 və Android 5.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda işləməyəcək.
Android vəziyyətində bu qərar yüzlərlə modelə təsir edəcək, “Apple” smartfonları arasında isə “iPhone 5s”, “iPhone 6” və “iPhone 6 Plus” dəstəyini itirəcək.
Bəzi nəşrlərdə birinci nəsil “iPhone 6s”, “6s Plus” və “SE”dən də bəhs edilir, lakin bu modellər iOS 15.8.4 yeniləməsini dəstəkləyir.
Quraşdırılıbsa, messencer işləməyə davam edəcək.
Sadalanan smartfonlar öz aktuallıqlarını çoxdan itirsələr də, hələ də milyonlarla insan tərəfindən istifadə olunur.
Köhnə cihazların sahiblərinə mümkünsə əməliyyat sistemini yeniləmələri tövsiyə olunur. Əgər messencerdən istifadəyə davam etmək vacibdirsə, lakin yeniləmə mümkün deyilsə, qadcetinizi daha müasir biri ilə dəyişdirməlisiniz. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 31.05.2025
Sabahdan “WhatsApp” milyonlarla "iPhone" və Androidlərdə İŞLƏMƏYƏCƏK
Hazırda oxunan: Sabahdan “WhatsApp” milyonlarla "iPhone" və Androidlərdə İŞLƏMƏYƏCƏK
Hazırda oxunan: Sabahdan “WhatsApp” milyonlarla "iPhone" və Androidlərdə İŞLƏMƏYƏCƏK
252334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.