Xəbər verdiyimiz ki, mayın 31-də Goranboy rayonunda mina hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatına əsasən, hadisə rayonun Yenikənd kəndi ərazisində baş verib.
Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
14:34
Goranboyda 45 yaşlı kişi mina partlayışı nəticəsində xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:26 / 31.05.2025
Goranboyda 45 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi - YENİLƏNİB
Hazırda oxunan: Goranboyda 45 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi - YENİLƏNİB
Hazırda oxunan: Goranboyda 45 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi - YENİLƏNİB
252316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.