28-30 may 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turqoise: Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kitabxanaçılıq, Texnologiyalar” adlı sərgi və konfransda Azərbaycanın tarixi həqiqətlərini, mədəni irsini, arxeoloji abidələrini tanıtmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri və xidmətin tabeliyində olan 7 Tarix və Mədəniyyət qoruğunun rəhbər və əməkdaşları iştirak ediblər.
3 gün davam edən sərgidə Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba şəhərində yerləşən "Soyqırımı Memorial Kompleksi", "Çıraqqala-Şabran", Pirhüseyn Xanəgahı, "Avey", "Keşikçidağ" və "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət qoruqlarına aid müxtəlif dövrləri əhatə edən arxeoloji artefaktlar, eksponatlar və maarifləndirici materiallar nümayiş olunub.
Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi"nin mətbuat katibi Abutalib Turabovun Bizim.Media-ya verdiyi məlumata görə, kompleksə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılıb, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı şəkildə izah olunmuşdur. Bu materiallar vasitəsilə soyqırımı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması və yaddaşın qorunması məqsədi daha da gücləndirilib.
Sərginin ilk günündən etibarən Mədəniyyət Nazirliyinə məxsus guşə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:30 / 31.05.2025
Qoruqlarımıza aid eksponatlar Özbəkistanda keçirilən sərgidə nümayiş olundu - FOTO
Hazırda oxunan: Qoruqlarımıza aid eksponatlar Özbəkistanda keçirilən sərgidə nümayiş olundu - FOTO
Hazırda oxunan: Qoruqlarımıza aid eksponatlar Özbəkistanda keçirilən sərgidə nümayiş olundu - FOTO
252314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.