Goranboyda qardaşı tərəfindən bıçaq xəsarəti alan qadının vəziyyəti açıqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Birləşmiş Xəstəxanasından bildirilib ki, 31.05.2025-ci il tarixində saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
MÖVZU İLƏ BAĞLI:
Goranboyda AİLƏ MÜNAQİŞƏSİ - Qardaş bacısını xəstəxanalıq etdi
"Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi reanimasiya şöbəsində aparılır" - deyə bildirilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu