Şıx çimərliyi yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Şıx çimərliyi yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Hazırda oxunan: Şıx çimərliyi yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

252297

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

***12:27

Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.

FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO