Əməkdar artist Füzuli Hüseynov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bədii Şuranın üzvülüyündən azad edilib.
Bizim.Media xəbər verir ki, bu haqda “teleqraf.az”a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
“Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və töhmət alıb. Səbəb kimi Bədii Şuranın iclasında tərəflər arasında baş vermiş mübahisə göstərilib. Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün belə bir addım atılıb”, - deyə C.Zeynallı deyib.
Qeyd edək ki, bir müddət əvvəl Bədii Şuranın iclası zamanı Xalq artisti Əli Nur başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Mübahisə yaranıb və Əli Nurun iddiasına görə Füzuli Hüseynov onun üstünə hücuma keçərək yumruq atıb. Hadisə zamanı Xalq artisti Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov onları aralayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:23 / 31.05.2025
“Azdrama”da mübahisə: Əməkdar artist CƏZALANDIRILDI
Hazırda oxunan: “Azdrama”da mübahisə: Əməkdar artist CƏZALANDIRILDI
Hazırda oxunan: “Azdrama”da mübahisə: Əməkdar artist CƏZALANDIRILDI
252288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.